Azərbaycanda kriptovalyuta ilə bağlı konfrans keçiriləcək
Martın 15-də “Azərbaycanda kriptovalyuta bazarının tənzimlənməsi, blokçeyn texnologiyalardan effektiv istifadə” mövzusunda Dəyirmi Masaya keçirləcək.
Xeberler.az-ın məlumatına görə, tədbirdə dövlət və özəl sektor nümayəndələri, müstəqil ekspertlər iştirak edəcək.
Konfransda ekspert Orxan Əhmədov “Kriptovalyuta bazarının tənzimlənməsi və blokçeyn texnologiyalardan effektiv istifadə”, Ramin Mahmudov “Ödəniş sistemlərində blokçeyn texnologiyanın tətbiqi imkanları”, Sabit Bağırov isə “İCO: tənzimləmələr, imkanlar və təhlükələr” mövzusunda məruzə və təqdimatlar edəcəklər .
Tədbirdə qeyd edilən mövzula ətrafında müzakirələrin aparılması və təkliflərin hazırlanması nəzərdə tutulub.
Dəyrimi Masa Azərbaycan İnternet Forumu, CryptoAZE cəmiyyəti və Portmanat.az qurumlarının təşkilatçılığı keçirilir.