post_8

Startup Azərbaycan müsabiqəsinə 28 startup buraxıldı

Startup Azərbaycan  Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda  Startup Azərbaycan 2014 Müsabiqəsinə təqdim edilən 42 startupın Müsabiqəyə buraxılması və qiymətləndirilməyə təqdim edilməsi məsələsinə baxılıb.
Startup Azərbaycan Müsabiqəsinin Qaydalarına görə  müsabiqədə iştirak etmək niyyətində olan startuplar 1-ci səsvermə mərhələsində Ekspertlərin qiymətləndirməsi üçün ilkin biznes plan ( Layihə haqqında ilkin məlumatlar) təqdim etməlidirlər.

Startup Azərbaycan TK –nın apardığı ilkin ekspertizanın nəticələrinə əsasən məlum olub ki,
14 Layihə ilə bağlı Qaydalarda nəzərdə tutulan zəruri məlumatlar, qiymətləndirmə üçün gərəkli olan ilkin məlumatlar qeydiyyat müddəti ərzində Müsabiqəyə təqdim edilməyib.
Odur ki, bu startuplar Startup Azərbaycan TK tərəfindən  Müsabiqədən kənarlaşdırılıb və qiymətləndirilməyə buraxılmayıb.
Beləliklə, Startup Azərbaycan TK tərəfindən Müsabiqə qaydalarına uyğun olaraq qeydiyyatdan keçən və zəruri sənədləri təqdim edən 28  startup Müsabiqəyə qəbul edilib və ilkin qiymətləndirmə üçün Ekspertlərə təqdim edilib. Müsabiqəyə qəbul edilən startupların siyahısı www.startup.az resursunda yerləşdirilib.
Ekspertlər Qaydalara uyğun olaraq startupların qiymətləndirilməsini 10 gün müddətində həyata keçirəcək və onların dəyərləndirməsi  əsasında  yarımfinalçılar müəyyən olunacaq.

Yarımfinala çıxan startuplar üçün biznes planların  və təqdimatların hazırlanması istiqamətində iyun ayının 1-ci yarısında Təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər beynəlxalq Ekspertin iştirakı ilə keçiriləcək.
Yarımfinalçıların təqdim etdikləri biznes planlar əsasında ekspertlər 25 İyun tarixədək finalçıları müəyyən edəcəklər.
Finala çıxan startuplarla investorların qapalı görüşünün iyunun sonunda keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan Yekun Təqdimat mərasiminin və ənənəvi Startup Azərbaycan 2014 Milli Konfransının iyun ayının sonunda  keçirilməsi planlaşdırılır.

Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.

Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.