post_3

İnternet və insan hüquqları mövzusunda müzakirələr olacaq

Martın 1-də Bakıda Avropa İttifaqı və Avropa Şurasının dəstəklədiyi  İfadə Azadlığı və Media Azadlığı layihəsi çərçivəsində “İnternet və İnsan Hüquqları”  mövzusunda konfrans keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, konfrans 3 sessiyadan ibarət olacaq.

1-ci sessiyada “İnsan hüquqları standartları və internet”, 2-ci sessiya “İnternet İdarəçiliyi Müstəvəsi” , 3-cü sessiya isə “Media və Onlayn İfadə Azadlığı “ mövzusunda olacaq.

Qeyd edək ki, tədbirdə  Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  iştirak edəcək.

Bununla yanaşı,  konfransa Avropa  Şurasının Azərbaycan ofisinin rəhbəri Dragana Filipoviç , ofis rəhbərinin müavini ,  Azərbaycan Respublikası Ombudsman Aparatının ,Azərbaycan Mətbuat Şurasının rəsmiləri və ekspertlər də qatılacaq.

Konfransda “İnsan hüquqları standartları və internet”, “İnternetdə insan hüquqlarının müdafiəsinin Avropa Şurası sistemi” və onlayn media istiqamətində ekspertlərin çıxışı gözlənilir.

Konfrans  JW Marriott  oteldə baş tutacaq.