Mostbet onlayn mərc platforması və mərc platforması – Azərbaycanda əyləncə və maliyyə uğuru dünyası

https://mostbet-club.com/ Azərbaycanda virtual mərc macərası və kazino əyləncəsi çox sevilir.

Mostbet niyə Azərbaycanda tələb görür: təhlükəsizlik və istifadəçi dostu sirrləri

Mostbet, Azərbaycanda geniş istifadə edilməsinin səbəbləri çox sadədir: güvən və rahat istifadə.

Mostbet onlayn kazino: zəngin oyun çeşidləri və böyük qazanc imkanları

Müasir Slotlar: Klassikdən müasirə qədər slotlarla qazanmaq üçün fırladın. Sadə slotlar, animasiyalı slotlar və böyük uduşlar üçün cekpotlar.Canlı Oyunlar: Real vaxtda canlı kazino təcrübəsi uğurunuzu sınayaraq canlı kazino həyəcanını yaşayacaqsınız.Gözəl Bonuslar: İlk depozit bonusu, ödənişsiz dönmələr və çeşidli promosyonlar ilə daha çox qazanmaq imkanı əldə edin.
post_4

Milli İnternet Mükafatı – Milli Net 2015 qaliblərinin təqdimat mərasimi keçirilib

Bu gün -17  dekabr  tarixdə Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı – Milli Net 2015  qaliblərinin təqdimetmə mərasimi keçirilib.
Təqdimat mərasimində artıq 7-cı il keçirilən Milli Net 2015 müsabiqəsinin cari il üçün qalibləri elan olunub.Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli İnternet Mükafatı haqqında və Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
Milli Net 2015-ə  14 Nominasiya üzrə 374 internet resurs təqdim olunduğunu və onlardan yalnız 299 saytın yarışmaya buraxıldığını bildirib. O, Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan  Münsiflər Heyəti 2-ci səsvermə prosesində 97 Nominant arasından ən yaxşılarını  seçdiyini bildirib.
Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar  nazirliyi, Azercell,  Delta Telekom , BestComp və Aromania.az şirkətlərinə minnətdarlığını bildirib.

O, 4 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə  çatdırıb.

Təqdimat mərasimində Azercell şirkətinin rəsmisi Nigar Şıxlinskaya çıxış edərək Milli Net müsabiqəsinin ölkədə İnternetin, xüsusilə də mobil internetin  və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O,  gələcəkdə də İnternetin inkişafı  istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.

Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Mükafatların , diplomların və hədiyyələrin  təqdim edilməsinə start verilib. Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib.
Onlar çıxış edərək Milli Net-in  Azərbaycan İnternetinin inkişafında ciddi  rol oynadığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.

 Qaliblərin siyahısı millinet.az da  yerləşdirilib.
Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
Delta Telecom və BestCom və Aromania.az şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.