project_startupazerbaijan

StartUp Azərbaycan Layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və  İT layihələrini üzə çıxarmaq,  innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etməkdir.

İnnovativ ideya dedikdə əsasən İnformasiya texnologiyalarından effektiv istifadə edilməklə hər hansı məhsul və ya xidmətin təqdim edilməsinə yönələn fəaliyyət nəzərdə tutulur.
Təqdim edilən Layihələrin son məqsədi  real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin   təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətləndirilməlidir.  Mümkündür ki,  hansısa mövcud biznes-ideyalar üzrə Layihələr təklif olunsun , belə halda təklif olunan layihə daha effektiv innovasiyalar üzərində qurulmalıdır.

Layihələr elmi –tədqiqat, araşdırma  tipli olmamalıdır. Bu tip layihələr StartUp Azərbaycan çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir.

Biznes layihələr bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən verilə bilər.

Müsabiqəyə həm qlobal və həm də  yerli şəraitdə istifadə oluna biləcək layihələr verilə bilər.

StartUp Azərbaycan çərçivəsində yarışmalarda iştirak edən StartUp-ların ekspert qiymətləndirilməsi təşkil olunur.

StartUp Azərbaycan yalnız yarışmadan ibarət deyildir. Layihə çərçivəsində Startupçılar üçün təlimlər  təşkil olunur, investorlarla görüşlər keçirilir. StartUp-lara komanda formalaşdırmağa köməklik göstərilir.  İnternet biznesə başlamaq istəyənlər üçün Layihə çərçivəsində keçirilən təlimlərdə uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək imkanları yaradılır.

StartUp Azərbaycan komandası  uğurlu hesab ediləcək layihələrin investorlara təqdim edilməsində və investor axtarışında seçilmiş StartUp-lara köməklik edir. Həmçinin investorlar üçün cəlbedici layihələrə əlçatımlığın təmin edilməsi istiqamətdə fəaliyyət göstərir.

Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi məqsədilə  StartUp görüşləri və müzakirələri təşkil olunur.

StartUp Azərbaycan qaliblərə  simvolik mükafatlar təqdim etsə də,  Layihələrin  birbaşa maliyyələşməsi onların investorlara və müxtəlif Fondlara təqdim edilməsiylə həyata keçirilir. StartUp Azərbaycan uğurlu İnternet Layihələrə maliyyə, dəstək əldə olunmasına, investorlarla görüşlərə, yerli və xarici ekspertlərin dəstəyi ilə təcrübə keçmələrinə  yardım edir.
StartUp Azərbaycan öz yeni  İnternet-biznesini yaratmaq istəyənlərə  arzularının gerçəkləşdirilməsi, sərmayə tapılması, biznesin idarə edilməsi  istiqamətində yardımçı olmağı düşünür.

www.startup.az