project_igf

İnternet İdarəçilik Forumu  qlobal internet şəbəkəsinin dayanıqlı inkişafının və təhlükəsizliyinin təmin olunması funksiyasını yerinə yetirir və gələcəkdə internetin beynəlxalq idarə edilməsi prinsiplərini formalaşdırır. İnternet İdarəçilik Forumu 16-18 noyabr 2005-ci ildə Tunisdə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin qərarı ilə yaradılmışdır.

Forumun rolu və funksiyaları “İnformasiya Cəmiyyəti üzrə Tunis Gündəliyi”nin 72-79 paraqraflarında müəyyən edilmişdir. Forumun əsas məqsədi internet idarəçiliyinə dair bir sıra məsələlərin müzakirəsindən və lazım olduqda beynəlxalq ictimaiyyətə tövsiyələr verməkdən ibarətdir. Forumun fəaliyyəti, funksiyası çoxtərəfli, demokratik və şəffaf həyata keçiriləcək.

Forumun mandatı:

  • İnternetin davamlılıq, etibarlılıq, təhlükəsizlik, sabitlik və inkişafını gücləndirmək məqsədilə internet idarəçiliyinin əsas elementlərinə aid dövlət siyasəti məsələlərinin müzakirəsi;
  • İnternet ilə bağlı müxtəlif kompleks beynəlxalq siyasət məsələləri ilə məşğul olan qurumların dialoqunun dəstəklənməsi və hər hansı mövcud qurumun səlahiyyətlərinə aid olmayan məsələlərin müzakirəsi;
  • Müvafiq hökumətlərarası təşkilatlarla və digər qurumlarla onların səlahiyyətlərinə aid məsələlər üzrə qarşılıqlı əlaqə;
  • Məlumat və ən yaxşı təcrübənin mübadiləsini asanlaşdırmaq bununla əlaqədar akademik, elmi və texniki birliklərin təcrübəsindən istifadə etmək;
  • İnkişafda olan ölkələrdə internetin mövcudluğunu və əlçatanlığını artırmaq məqsədilə bütün marağı olan tərəflərə müvafiq yol və vasitələri məsləhət görmək;
  • Marağı olan tərəflərin mövcud olan və ya gələcək internet idarəçilik mexanizmlərində (xüsusən də inkişafda olan ölkələrdə) iştirakının genişləndirilməsi və gücləndirilməsi;
  • Aktual məsələləri müəyyən etmək, onları müvafiq qurumların və geniş ictimaiyyətin diqqətinə çatdırmaq, lazim olduqda tövsiyələr vermək;
  • Yerli bilik və təcrübə mənbələrindən istifadə etməklə inkişafda olan ölkələrdə İnternet idarəçiliyi üçün nəzərdə tutulan potensialın yaradılmasına töhfə vermək;
  • İCÜS prinsiplərinin internet idarəçiliyi proseslərində tətbiqini daim təşviq etmək və qiymətləndirmək;
  • Vacib internet-saytlarla bağlı məsələləri müzakirə etmək;
  • İnternetdən istifadə və sui-istifadə ilə bağlı məsələlərin (xüsusən gündəlik istifadəçilər üçün əhəmiyyət daşıyan məsələlər) həlli yollarının tapılmasına dəstək;
  • Fəaliyyətin nəticələrini dərc etmək.

www.igf.az