post_1

Startap Azərbaycan2016 təqdimat mərasimi keçirilib

Bu gün Holiday İnn otelində Startap Azərbaycan 2016 layihəsinin yekun təqdimat mərasimi və “Startap Azərbaycan 2016” milli konfransı keçirilib.

Azərbaycan İnternet Forumunun prezidenti, Startap Azərbaycan Təşkilat Komitəsinin təmsilçisi Osman Gündüz tədbiri açaraq Startap Azərbaycan çərçivəsində keçiriləcək yekun tədbirlər haqqında məlumat verib.Tədbirdə RYTN-in yanında İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov və RYTN Yüksək Texnologiyalar Parkının direktor müavini Cəlal Rəhimov çıxış ediblər .

Elçin Zeynalov startap sahəsinin inkişafı məsələlərinə toxunaraq bu sahənin Fondun diqqət mərkəzində olduğunu bildirib.

Elçin Zeynalov Startap Azərbaycan tədbirlərinin ölkədə bu sahənin inkişafında mühüm töhfələr verdiyini qeyd edib.

Direktor Dövlət Fondunun həyata keçirdiyi layihələr və gələcək planlarla bağlı da məlumatı iştirakçılara çatdırıb.

Elçin Zeynalov Fondun startaplar üçün ayırdığı qrant müsabiqələrinə də toxunub. Daha sonra “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər” mövzusunda milli konfrans öz işinə başlayıb. Startap Azərbaycan TK üzvüOrxan Əhmədovun moderatorluğu ilə keçən paneldən spikerlər Ülvi Aslanov ( YT Park), Fərid Kazımov (Startap Azərbaycan), Youth İnc.-in proqram rəhbəri Müşviq Həsənov ,  İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov  mövzu ətrafında tezislərini konfrans iştirakçılarına çatdırıblar.

Müzakirələrdə və diskussiyalarda startap sahəsinin tanınmış ekpertləri də iştirak edib. Çıxışlarda startap sektorunun inkişafını ləngidən problemlər qeyd edilib və inkişafa kömək edəcək təkliflər verilib.

Qeyd edilib ki, ötən illərə nisbətən son illərdə Azərbaycanın startap ekosistemi çox inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb.

Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov və panelçilər qaldırılan məsələlərə münasibətlərini bildirib və aidiyyatı suallar cavablandırılıb. Qeyd edilib ki, konfransda müzakirələrin yekunu olaraq təkliflərin hazırlanacaq və hökumətə təqdim ediləcək.

Konfrans maraqlı tərəflərin iştirakı ilə müxtəlif müzakirələrlə davam edib. Daha sonra Startap Azərbaycan layihəsinin yekunu və qaliblərinin təqdimatı başlayıb.

Osman Gündüz üç ay davam edən Startap Azərbaycan müsabiqəsinə 45 startap layihəsinin təqdim edildiyini və 1-ci mərhələ səsvermə nəticəsində 20 yarımfinalçı startapın seçildiyini bildirib.

O, 11 ekspert tərəfindən layihələrin 5 istiqamət üzrə (layihənin komandası, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi) 10 ballıq sistemlə qiymətləndirildiyini diqqət çatdırıb.

Yarışmanın yekununda 4 startap layihəsi, FoodLook, BraillePad, WibeMe. Ustam startapları uğur qazanaraq finala çıxıb. BUSİNSSET layihəsi isə “Ən motivasiyalı komanda” nominasiyası üzrə mükafat qazanıb.

Təqdimat mərasimində finala çıxan və fərqlənən hər bir startap layihəsinin komandası öz layihələri ilə bağlı qısa müddətli təqdimatlar ediblər.

İT-nin İnkişafına Dəstək Fondu, ATL Group , NeuronTechnologies, Cybernet şirkətlərin rəhbərləri qaliblərə və fərqlənənlərə mükafatlar və diplomlar təqdim ediblər.

Həmçinin konfransda iştirak edən investorlar və şirkət rəhbərləri layihələrin dəstək verəcəklərini deyib.

Startap Azərbaycan yekun tədbirlərində və milli konfransda startaplar sahəsində bütün maraqlı tərəflər – startap komandaları, dövlət qurumları və texnoparkların nümayəndələri, İnvestorlar və İT şirkətlər, mentorlar və ekspertlər iştirak edib.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

ATL Group, SİNAM, Neuron Technologies, Youth İnc., NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.