Millinet-ArtWork-03 (1)

MilliNet 2018 müsabiqəsində internet resursların qeydiyyatı davam edir

Milli İnternet Mükafatı – MilliNet 2018 müsabiqəsində qeydiyyatın başa çatmasına bir gün qalıb. Belə ki, sözügedeən proses 20 noyabr saat “00:00” -dək davam edəcək.

Xeberler.az  bildirir ki, bu günədək müsabiqəyə 19 Nominasiya üzrə 340 internet resurs təqdim edilib və Müsabiqə Qaydalarına uyğun olan 251 resurs müsabiqəyə qəbul edilib. MilliNet TK müsabiqənin şəffaf və ədalətli , qaydalara uyğun olaraq keçirilməsi üçün zəruri addımlar atır. Daha peşəkar, müstəqil və obyektivliyi ilə seçilən mütəxəssis və ekspertlərin münsif olaraq seçilməsinə diqqət yetirilir. Münsiflərin tərkibi müntəzəm olaraq yenilənir. MilliNet 2018 münsiflərinin yeni tərkibi də artıq formalaşıb. Yeni seçilmiş 12 münsif də bu il internet resursların qiymətləndirilməsində iştirak edəcək.

Münsiflərin qiymətləndirməsi həlledicidir, hər hansı appelyasiya qəbul edilmir. Bu il saytları üç istiqamət üzrə 15 münsif, mobil tətbiqləri 5 münsif və sosial media resurslarını 3 münsif qiymətləndirəcək. Münsiflərə aidiyyatı olan hər hansı resursun müsabiqədə iştirakına yol verilmir.

Milli Net TK bildirir ki, müsabiqə qaydalarına uyğun olaraq qiymətləndirmə 2 mərhələdə həyata keçirilir. 21 noyabr tarixindən 1-ci mərhələ səsvermə prosesi başlayacaq və noyabrın 30-da saat 00.00-da başa çatacaq.  1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq. Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və dekabrın 15-də yekunlaşacaq. Münsiflərin 2 -ci mərhələ səsvermədə verdikləri qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın sonunda keçirilməsi nəzərdə tutulub. Hazırda qeydiyyatdan keçən istifadəçilər müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yaza bilərlər. Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir. MilliNet-in Baş sponsoru AzerTelecomşirkətidir. Eyni zamanda müsabiqəyə Lenovo,  BestCompİnnovasiyalar MərkəziNOVA və NEURON  şirkətləri də dəstək verirlər.

Ətraflı məlumat almaq üçün www.millinet.az saytına daxil ola bilərsiniz.