MilliNet 2018-in Nominantları seçilib
Milli Net 2018 müsabiqəsində qiymətləndirmənin 1-ci mərhələsi başa çatıb. Bu il Müsabiqəyə 19 Nominasiya üzrə 406 internet resurs təqdim edilmişdi. Onlardan yalnız Qaydalara uyğun olan 300 resurs Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Bu il mobil tətbiqlər 4 Nominasiyada və sosial media resursları 3 mxtəlif Nominasiyada msabiqəyə qatılıblar.
Xeberler.az bildirir ki, müsabiqəyə qəbul olunan 161 sayt , 33 mobil tətbiq və 108 sosial media resursunun 1-ci mərhələ qiymətləndiriıməsində 23 nəfərlik Münsiflər Heyətindən 20 münsif iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekun nəticələri əsasında Milli Net TK -nın qərarı ilə 19 Nominasiya üzrə 300 resurs arasından ən yaxşılar olan 105 internet resurs ( 61 sayt, 20 mobil tətbiq və 24 sosial media resursu ) Nominant statusu alıb. Bu internet resurslar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı www.millinet.az da yerləşdirilib.
Səsvermənin 2-ci mərhələsi 05 dekabr tarixdə başlayacaq və 15 dekabr tarixdə başa çatacaq. Bu mərhələdə münsiflər saytları mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.
Milli İnternet Mükafatının ənənəvi yekun Təqdimat mərasiminin 21 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 18 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq. İkinci və Üçüncü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq. Qaliblərə həmçinin hədiyyələri təqdim olunacaq.
Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir. MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir. Müsabiqəyə LENOVO, BestComp, NOVA, NEURON, İnnovasiya Mərkəzi şirkətləri də dəstək verirlər. Ətraflı məlumat almaq üçün www.millinet.az saytına daxil ola bilərsiniz.