36541409_1975447212785205_746093921632780288_n

Yerli biznes qurumlarında blokçeyndən istifadə müzakirə olundu

Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda Konfrans keçirildi.

Xeberler.az bildirir ki, tədbirin açılışını ASK Vitse-prezidenti Vüqar Zeynalov və BAM həmtəsisçisi Sabit Bağırov ediblər.

Tədbirdə Sənan Həsənov “Kriptovalyuta nədir?“, “Biznesdə ondan necə istifadə etmək olar?”, “Biznesə necə tətbiq etmək mümkündür?” suallarına aydınlıq gətirib.

Eyni zamanda Elnur Quliyev yerli biznes qurumları üçün ICO və Token-lərdən istifadə ilə bağlı geniş məlumat verib.

BAM həmtəsisçisi, Waves  platormasının Azərbaycan üzrə nümayəndəsi Orxan Əhmədov isə Waves  platforması və ondan  biznesdə istifadə  barədə təqdimat edib.

Konfransda Keepface  startapının təmsilçisi  Elşad Yusifli yeni layihələri olan KeepCoin haqqında məlumat verib.

Konfrans təqdimatlar ətrafında sual-cavab və müzakirələrlə davam edib.

Qeyd edək ki, konfrans Blockchain Azərbaycan Mərkəzi  Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən təşkil olunub.