project_startupazerbaijan

Startup Günləri ölkədə startup hərəkatının güclənməsinə, startupçıların formalaşması və yeni startupların yaradılmasına yardım məqsədilə həyata keçirilən Startup Azərbaycan Layihəsidir.

Startup Günlərinin məqsədi

Startup Günlərinin əsas məqsədi  yeni startupların yaradılması kömək etmək və bu istiqamətdə maarifçilik işləri təşkil etmək, yeni formalaşmaqda olan  startupçıları, startup komandalarını İnternet bazarın spesifik xüsusiyyətləri ilə tanış etmək,  startupçılar arasında əlaqələri gücləndirməkdir.


Kimlər iştirak edə bilər  ?

Startup Günlərində İnternet biznes qurmağı yenicə planlaşdıranlar, artıq yeni onlayn biznesə başlayan gənc sahibkarlar, gənc startapçılar, yeni İT şirkətlərin təmsilçiləri, biznes-ideya daşıyıcıları, İT sahəsində çalışan tələbələr, developerlər, proqramçılar , dizaynerlər iştirak edə bilər.

Startup Günlərinin əsas iştirakçıları öz ideyalarını gerçəkləşdirmək istəyən gənc startapçılar, İT mütəxəssisləri, proqramçılar və dizaynerlərdi.

Startup Günləri çərçivəsində kçeirilən tədbirlərdə ölkənin tanınmış startup ekspertləri ilə bərabər  xarici ekspertlər,  İT mütəxəssislər, marketoloqlar, uğurlu milli startup rəhbərləri, dövlət rəsmiləri və s digər əlaqəli nümayəndələr də iştirak edirlər.

Startup Günlərinin iştirakçıları səmərəli təcrübə mübadiləsi edir və əməkdaşlıq münasibətləri qururlar.

Startup Günlərinin hər il keçirilməsi nəzərdə tutulur.

Startup Günlərinin gələcəkdə  regionlarda da keçirilməsi nəzərdə tutulub.

Startup Günlərində iştirak pulsuzdur.

Startup Günlərində iştirak etmək üçün  Startupdays.startup.az  saytında  qeydiyyatdan keçmək lazımdır. Seçim porsesi təşkilatçılar tərəfindən aparılır. İT sahəsində müəyyən Layihələrin müəllifləri və iştirakçıları olmuş iddialılara üstünlük verilir.

 

Startup Günlərində iştirak etməklə siz nə qazanacaqsınz?

 

Startup Günlərində iştirak etməklə Siz aşağıdakıları əldə edirsiniz :

  • Öz ideaynızı dəyərləndirmək və  gerçəkləşdirmək imkanı qazanırsınız
  • Tanınmış startup nümayəndələri ilə əlaqələr qurmaq imkanı qazanırsınız
  • Maraqlı insanlarla tanışlıqlar və gələcək əməkdaşlıqlar qazanırsınız
  • Komanda formalaşdırmaq imkanı qazanırsınız
  • Təlimlər vasitəsilə yeni bilgilər və bacarıqlar  əldə edirsiniz
  • Siz heç bir xərc çəkmədən gələcək karyeranız üçün fürsət əldə edirsiniz
  • Müsabiqələrdə iştirak etməklə layihələrinizin tanıtımını həyata keçirirsiniz
  • Müxtəlif qiymətli hədiyyələr və gələcək üçün əhəmiyyət kəsb edən Sertifikatlar  qazanrsınız

startupdays.startup.az