project_safenet

Uşaqların İnternetdə təhlükəsizliyi

Bu internet resurs Azərbaycan İnternet Forumu tərəfindən uşaqların İnternetdə təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərin növbəti mərhələsidir.

Məlum olduğu kimi ötən il də Azərbaycan İnternet Forumu , Təhsil Nazirliyi və Microsoft – Azərbaycan qurumu ilə birgə “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı Layihə həyata keçirib. Bu Layihə çərçivəsində Azərbaycan dilində “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı kitab və digər əyani vəsaitlər hazırlanıb. Kitabı buradan əldə edə bilərsiniz.

Bu saytda İnternetdə təhlükəsiz fəaliyyətlə bağlı uşaqlar , valideynlər və müəllimlər üçün faydalı məlumatlar yerləşdirilib.

Ümid edirik ki, anlaşıqlı və sadə sildə təqdim oluna bu informaiayaları əldə edən istifadəçilər İnternet resurslardan daha effektiv istifadəe tməklə zərəli informasiyalardan özlərini qoruya biləcəklər

Resursun əsas məqsədi

– uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti və onların zərərli informasiyalardan qorunması ilə bağlı müəllimlər, valideynlər və uşaqlar üçün metodiki-informasiya dəstəyi göstərməkdən, ictimaiyyətin diqqətini bu problemə cəlb etmək.

– İnternetdə zərəli infromasiyaların (qəddarlıq, uşaq pornoqrafiyası, milli və dini ayrı-seçkilik, kiber- terrorçuluq şəxsi məlumatların qeyri-qanuni ələ keçirilməsi və s) yayılmasının qarşısının alınmasına köməklik göstərmək,

Netsafe Layihəsi çərçivəsində Qaynar Xətt xidmətinin yaradılması nəzərdə tutulub.

Qaynar Xətt xidməti vasitəsilə İnternet sitifadəçiləri zərəli informasiyar haqqınra məlum vermək imkanı əldə edəcəklər. Qaynar Xətt xidməti Təhsil Nazirliyində məktəblərin İnternetbağlabntısını həyata keçirən müvafiq qurumla əməkdaşlıq şəraitində fəliyyətini quracaq.Məktəblərin internet trafikinin çeşidlənməsi prosesində Qaynar Xətt xidmətinə daxil olan məlumatlardan istifadə ediləcək.

Məlumat üçün bildiririk ki, bu tip Layihələr Avropada uzun müddətdir fəaliyyət göstərir vəmüşahidələr onu deməyə əsas verir ki biu Layihələrin gerçəkləşməsi uşaqların İnternetdə təhlükəsizliyinin yaxşılasmasınada mühüm rol oynayır. Daha geniş məlumatıhttp://www.inhope.org/) saytından əldə etmək olr. Bu Layihə çərçivəsində gələcəkdəHotline – INHOPE. beynəlxalq şəbəkəsi ilə əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.

Qarşıya qoyulan məqsəd çatmaq üçün Layihə çərçivəsində əlaqədar qurumların, maraqlı rətəfləırin iştirakı ilə aşağıdakı tədbirlərin keçşirilməsi nəzərdə tutulur

  1. Təhlükəsiz internet probleminin mahiyyətinin uşaqlara, valideynlərə və müəllimlərəçatdırılması istiqamətində diskussiyalart, görüşlər seminarlar keçirmək
  2. KİV də problemin işaqlandırılması həyata keçirmək
  3. Netsafe.az resursunu yeniləmək və təkmilləşdirmək
  4. Müxtəlif informasiya materiallarını nəş r etdərək maraqlı tərəflərə çatdırmaq
  5. İnternetdən təhlükısiz və səmərəli istifadə ilə bağlı biliklərin artırılması istiqamətində maarifçilik işi aparmaq